Rektor köməkçisini işdən çıxardı, yenisini təyin etdi
2025-12-16 11:15:39
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov köməkçisini dəyişib.
Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, rektorun imzaladığı əmrlə Ramin Qafur oğlu Cavadov köməkçi vəzifəsindən çıxarılıb.
Digər əmrlə Ülvi Elşad oğlu Allahverdi MDU rektorunun köməkçisi təyin edilib.
Amma rektor keçmiş köməkçisini də işsiz qoymayıb. R.Cavadov ali məktəb Dəftərxanasının müdiri vəzifəsinə keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin olunub. (Yenisabah.az)

