Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"
2025-09-05 20:06:30
"Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”.
Hurriyyet.Az bildirir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib. O, buna səbəb olaraq havaların isti olmasını göstərib.
Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: "Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq”.
Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: "Səhhətimlə bağlı müalicələr gedir”.
