Regional təhlükə: Metsamor AES fəaliyyətini bərpa edib
2025-07-14 12:16:03
Hurriyyet.az xəbər verir ki, Ermənistanda Metsamor Atom Elektrik Stansiyası işini bərpa edərək yenidən ölkənin enerji sisteminə qoşulub.
Bu barədə erməni mediası məlumat verib.
Stansiya təmir üçün fəaliyyətini dayandırmışdı.
Xatırladaq ki, köhnəlmiş atom stansiyasının region üçün təhlükəli olduğu məsələsi dəfələrlə beynəlxalq səviyyədə qaldırılıb. Metsamor AES 1970-ci ildə seysmik dəak zonada inşa edilib. Stansiya faktiki olaraq, qəza vəziyyətindədir. Cənubi Qafqazda təhlükəsizliyə təhdid olmaqla yanaşı, ətraf mühiti də çirkləndirir.
Hürr Tərcüman
