Saat:11:05
Haqqımızda

"Real Madrid"in ulduzunun evi yandı

2025-10-09 23:04:27

"Real Madrid"in ulduzunun evində yanğın olub.

Yanğın Vinisiusun mənzilində baş verib. Hadisənin səbəbinin zirzəmidəki qüsurlu sauna olduğu bildirilir.

Yanğın baş verən zaman braziliyalı futbolçu millinin düşərgəsində idi. Yanğın saat 11:00-da aşkar edilib və bir saat ərzində tam söndürülüb.

Yanğın nəticəsində Sauna tamamilə məhv olub, evin digər hissələri isə zərər görüb. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. \\Offsideplus.az