"Real Madrid" və "Barselona"lı Super Liqa UEFA-ya yeni format üçün “son təklif” göndərdi
2025-10-03 23:40:06
Son 8 ayda UEFA, Super Liqa, “Barselona” və “Real Madrid” arasında gizli aparılan danışıqlar nəticəsində yeni Çempionlar Liqası formatı üçün “son təklif” irəli sürülüb.
Təklifə görə:
-
Turnir 2027-ci ildən etibarən yeni formatda keçirilməlidir;
-
36 komanda 2 qrupa bölünəcək;
-
İlk 18 komanda bir-biri ilə qarşılaşacaq (hər komanda 8 yüksək səviyyəli oyun keçirəcək);
-
19–36-cı yerlərdəki komandalar ayrıca oynayacaq (daha balanslı görüşlər);
-
Əsas mərhələ (Liqa mərhələsindən sonrakı) xal və sıralama əsasında müəyyən ediləcək;
-
Bütün oyunlar yeni yayım platformasında pulsuz (reklamlı) və ödənişli premium (reklamsız) formatda yayımlanacaq;
-
Yarış “Çempionlar Liqası” adını saxlayacaq.
UEFA-nın bu təklifə necə cavab verəcəyi hələlik açıqlanmayıb.
