Saat:13:46
Haqqımızda

Ramzan Kadırova yeni cinayət işi açıldı

2025-09-01 21:41:11

Ramzan Kadırova yeni cinayət işi açıldı

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı cinayət işi açıb.

Hurriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə UTX-nin Telegram kanalında məlumat yayılıb.

UTX Kadırovu ağır hərbi cinayətlərdə ittiham edir: "Ramzan Kadırov Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit olunmuş müharibə qanunlarını və qaydalarını pozub".

Bu, Ukraynanın Kadırova qarşı irəli sürdüyü ilk cinayət işi deyil. 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbərini müharibənin təşkilində ittiham etmişdi.

 


Load Time (S) : 0.601377