Saat:01:40
Haqqımızda

Ramiz Mehdiyevin iki ən böyük səhvi: Birincisi İlham Əliyevlə bağlıdır, ikincisi isə...

2025-11-16 00:03:13

Ramiz Mehdiyevin iki ən böyük səhvi: Birincisi İlham Əliyevlə bağlıdır, ikincisi isə...

Azərbaycanda “Ramiz MMC” (Mehdiyevin müxalifət cəbhəsi) bağlansa da hələ gizlənənlər çoxdur. Onun ətəyində “namaz qılanlar” indi özgə ətək axtarırlar”.

Cümşüd Nuriyev: “Fransızlar artıq “ASALA” üzvü kimi danışırlar”

Hurriyyet.Az Konkret.Az-a istinadla xəbər verir ki, bu fikirləri politoloq Cümşüd Nuriyev səsləndirib:

“Ramiz Mehdiyev iki böyük səhv etdi. Birincisi, İlham Əliyevin peşəkar siyasətçi ailəsində yetişdiyini və dünya miqyasında qəbul edilən siyasətçi olduğunu hikkəsindən görə bilmədi. İkincisi, Əbülfəz Elçibəyin arxasından iş görən Əli Kərimli və onun dəstəsinə ümid edib hakimiyyət eşqinə düşdü. Otuz il hakimiyyətdə olasan və belə səhvlər buraxasan. Deməli bu adam siyasətçi deyilmiş”, – Cümşüd Nuriyev vurğulayıb.

Müşviq Tofiqoğlu