Saat:02:05
Haqqımızda

Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU

2025-12-13 16:07:32

Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU

Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin məşhur zabiti Ramil Səfərovun polkovnik rütbəsində ilk fotoşəkli yayılıb.

Hurriyyet.az xəbər verir ki, polkovnik Ramil Səfərovun bu fotoşəkli dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində lentə alınıb.

Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan Ramil Səfərov 2004-cü ilin yanvar ayında Azərbaycan ordusunun baş leytenatı kimi NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Eyni kursa ezam olunmuş iki nəfər erməni zabit orada Ramil Səfərova mənəvi təzyiq göstərərək, onu aqressiv davranışa təhrik ediblər.

Ramil Səfərov 2004-cü il fevral ayının 19-da – vətənə dönməyə 20 gün qalmış kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib.

Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Azərbaycan tərəfinin Macarıstanla apardığı danışıqlardan sonra Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. O, Azərbaycan Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib.

1 sentyabr 2012-ci ildə ona mayor rütbəsi təqdim edib.

2012-ci ilin oktyabrda Ramil Səfərovun ailə həyatı qurub, hazırda bir qızı, bır oğlu var.

2017-ci ildə R.Səfərova polkovnik-leytenant rütbəsi verilib.

Bir neçə ay öncə isə Ramiz Səfərov polkovnik rütbəsi alıb.

Modern.az