Qriqoryan: "Azərbaycana səfər planlaşdırırıq"
2025-11-03 18:14:32
Hurriyyet.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən beynəlxalq konfransdakı çıxışında Ermənistan nümayəndə heyətinin Azərbaycana gələcəyini bildirib. Onun sözlərinə görə, Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri tezliklə Azərbaycana cavab səfəri edəcəklər.
Qriqoryan 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndə heyətinin ikitərəfli dəyirmi masada iştirak etmək üçün ilk dəfə Ermənistana səfər etdiyini xatırladıb.
Hürr Tərcüman
