Qırğızıstanda ölüm hökmü qaytarıla bilər
2025-10-01 12:43:39
Hurriyyet.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov xüsusilə ağır cinayətlər üçün ölüm hökmünün qaytarılmasını təklif edib. Bu barədə dövlət başçısının mətbuat katibi Askat Alagözov məlumat verib. Onun sözlərinə görə, Prezident uşaqlara, qızlara və qadınlara qarşı cinayət törədən cinayətkarların cəzalarının ağırlaşdırılması üçün qanunvericiliyə düzəlişlərin hazırlanması barəsində göstəriş verib. Əxlaqsız şəkildə zorakılıq törədənlərə ölüm cəzasının verilməsi təklif edilir.
Hürr Tərcüman
