Saat:13:06
Haqqımızda

Qırğızıstan da Rusiyadan üz çevirir - Maliyyə sanksiyalarına qoşulur

2025-07-23 16:37:31

Qırğızıstan da Rusiyadan üz çevirir - Maliyyə sanksiyalarına qoşulur

Qırğızıstan ABŞ-nin sanksiyalarından sonra Rusiyadan maliyyə axınını əngəlləyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb. Məlumatda deyilir ki, Qırğızıstan bankları Rusiya şirkətləri ilə hesablaşmaları kəskin şəkildə məhdudlaşdırmağa başlayıb.

Köçürmə şərtləri ötən ilin sonundan etibarən pisləşib: şərtlər və komissiyalar artıb, bəzi əməliyyatlar isə tamamilə bloklanıb. 2023-cü ildə Qırğızıstana transsərhəd köçürmələrin 93%-I, vəsaitlərin çıxarılmasının isə 83%-i Rusiyanın payına düşüb.

Artıq bir sıra iri banklar, o cümlədən “Bakai Bank”, “Dəmir Bank”, “Optima Bank” və digərləri Rusiya banklarına köçürmələri dayandırıb.

“AzPolitika.info”