Saat:23:53
Haqqımızda

Qırğızıstan beynəlxalq təşkilata sədr seçildi

2025-09-01 11:33:07

Qırğızıstan beynəlxalq təşkilata sədr seçildi

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Qırğızıstan dövlət Şanxay Əməkdaşlıq Təşkilatının sədri seçilib. Tyancində keçirilən ŞƏT sammitinin yekun bəyannaməsində bu qərar bəyan edilib. Sənəddə bildirili ki, Qırğızıstanın sədrliyi döründə təşkilatın devizi belə olacaq: "ŞƏT-də 25 il: birlikdə sabit sülhə, inkişafa və çiçəklənməyə doğru".
Bəyannaməyə əsasən, ŞƏT dövlətlərinin liderlərinin növbəti iclası 2026-cı ildə, Qırğızıstan Respublikasında keçiriləcəkdir.
Qeyd edək ki, hazırda Çində keçirilən ŞƏT sammitində 20-dən artıq ölkənin rəhbərləri iştirak edirlər.
Hürr Tərcüman