Qəzzada son 24 saatda daha 10 nəfər acından ölüb
2025-08-27 22:17:18
İsrailin blokadası səbəbiylə Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla 10 nəfər acından ölüb.
Hurriyyet.Az xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında acından ölənlərin sayının 119-u uşaq olmaqla 313 nəfərə çatdığı bildirilib.
