Saat:18:33
Haqqımızda

Qəzaya uğrayan C-130 təyyarəsi ilə bağlı araşdırma başa çatıb

2025-11-24 17:50:24

Qəzaya uğrayan C-130 təyyarəsi ilə bağlı araşdırma başa çatıb

Hurriyyet.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus olmuş, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış C-130 hərbi nəqliyyat təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatıb. Nəqliyyat təyyarəsinin hissələri müayinə üçün Kayseriyə göndəriləcək.
Mütəxəssislər Gürcüstanda qəzaya uğrayan Türkiyə C-130 təyyarəsinin qəzası ilə bağlı araşdırmalarını başa çatdırıblar. İHA agentliyinin məlumatına görə, ekspert qrupu artıq Türkiyəyə qayıdıb.
Mütəxəssislərin fəlakətə səbəb olan hadisələri aşkar etməyə imkan verən mühüm dəlillər əldə etdikləri bildirilir. Mediada yayılan məlumatlara görə, qəzaya uğrayan nəqliyyat təyyarəsinin qalıqlarının daşınması işləri davam edir.
Qəzaya uğrayan təyyarənin hissələri laboratoriya təhlili üçün Kayseriyə çatdırılacaq.
Hürr Tərcüman