Saat:18:57
Haqqımızda

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

2025-07-03 21:42:32

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21,  Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.