Qayınata ilə kürəkən bir-birini bıçaqladı, ölən var
2025-09-06 09:43:54
Qayınata ilə kürəkən bir-birini bıçaqladı, ölən var.
Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb.
Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib.
Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.
Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
