Saat:00:41
Haqqımızda

"Qarabağ"- "Napoli" matçı təxirə salına bilər? - Açıqlama

2025-11-25 16:16:26

UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçından öncə Neapol şəhərində hava şəraiti pisləşdiyinə görə narıncı xəbərdarlıq elan edilib.

İtaliyanın bəzi media orqanları “Napoli” – “Qarabağ” matçının təxirə salına biləcəyi ehtimalını da irəli sürüb.Lakin İtaliya klubunun rəsmi saytı məlumatı təkzib edib və “Dieqo Armando Maradona” stadionunun matça hazır olduğunu bildirib.

"Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev qeyd edib ki, hazırda matçın təxirə salınması gündəmdə deyil.