Qaqauz muxtariyyətinin başçısına 7 il həbs cəzası verildi
2025-08-05 13:37:52
Hurriyyet.az xəbər verir ki, Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qutsul 2023-cü ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib.
Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib.
Hürr Tərcüman
