Dövlət Turizm Agentliyində yeni təyinat olub.
Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, bu barədə qurumun sədri Fuad Nağıyev əmr imzalayıb.
Əmrə əsasən, Günay Bayramova Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
O, indiyədək həmin şöbənin müdir müavini postunda çalışıb.
Qeyd edək ki, bu ilin mart ayında Dövlət Turizm Agentliyində böyük qalmaqal baş verib. Mətbuatda yayılan iddialara görə, qurumda Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.
Bu qalmaqal fonunda agentliyin Aparat rəhbəri Kənan Qasımov və Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən azad olunub.
Prezident İlham Əliyevin martın 4-də imzaladığı sərəncamla, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. (Yenisabah.az)

