Putinin Türkiyə səfəri ilə bağlı Kremldən açıqlama
2025-12-12 18:20:44
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kremli mətbuat katibi Dmitri Peskov imkan olacağı təqdirdə, RF Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyini, eyni zamanda iki ölkənin liderlərinin ünsiyyət sarıdan "qıtlıq çəkmədiklərini" bildirib.
Peskov jurnalistlərə açıqlamasında deyib: "Əlbəttə, imkan olan kimi belə səfərlər təşkil ediləcək. Nə Putin, nə də Ərdoğan ünsiyyət qıtlığı çəkmirlər. Onlar daim ünsiyyətdədirlər. Ona görə də belə bir problem yoxdur".
O, həm Rusiya, həm də Türkiyə prezidentlərinin digər ölkəyə dəvət edildiklərini qeyd edib: "Ərdoğanın Rusiyaya dəvət edilməsi həmişə qüvvədədir, Putinin də Türkiyəyə dəvət edilməsi həmişə qüvvədədir".
Hürr Tərcüman
