Saat:23:33
Haqqımızda

Putinin təltif etdiyi azərbaycanlı müharibədə həlak oldu

2025-12-24 09:55:51

Putinin təltif etdiyi azərbaycanlı müharibədə həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, Goranboy rayon sakini Dilsuz Haqverdi oğlu Kərimov sözügedən müharibədə həlak olub.

Dilsuz Kərimov Rusiya Müdafiə Nazirliyinin tərkibində hərbi əməliyyatlarda iştirak edib. O, göstərdiyi igidliyə görə Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Orden Mujstva” (“İgidliyə görə” ordeni) ilə təltif olunub.