Saat:11:59
Haqqımızda

Putinin bu gün işdən çıxardığı nazirin ölüm xəbəri yayıldı

2025-07-07 17:20:11

Putinin bu gün işdən çıxardığı nazirin ölüm xəbəri yayıldı

Hurriyyet.az xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, RF Prezidenti Vladimir Putinin bu gün səhər saatlarında nəqliyyat naziri vəzifəsindən azad elədiyi Roman Starovoyt Moskva ətrafındakı Odintsovo şəhərində şəxsi avtomobilində ölü tapılıb. Güllə yarasından ölmüş Starovoytu intihar etdiyi güman edilir.
Putin bu gün səbəb göstərmədən naziri işdən çıxarıb. Bundan əvvəl Starovoyt Kursk vilayətində qubernator postunu tuturmuş.
İşdən çıxarılma əmri Ukrayna dronlarının hücumu səbəbindən Rusiya aeroportlarında yaranan böhran fonunda verilib. Bir sıra "Teleqram" kanallarının iddiasına görə, əsl səbəb - Kremlin Kursk vilayətinin müdafiəsinin vəziyyətindən narazı qalmasıdır.
Hürr Tərcüman