Saat:15:35
Haqqımızda

Putini buna inandırmaq mümkün olmayacaq, çünki...

2025-11-14 10:42:17

Putini buna inandırmaq mümkün olmayacaq, çünki...

Rusiya lideri Vladimir Putinlə danışıqlar heç bir nəticə verməyəcək, onu dialoqla inandırmaqla deyil, yalnız güclə inandırmaq olar.

Hurriyyet.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko bildirib.

Onun sözlərinə görə, məhvetmə müharibəsi aparan dövlətlə dialoqun praktiki əhəmiyyəti yoxdur:

"Mən bəzən düşünürəm ki, bu, amerikalılar da daxil olmaqla, bəzi müdafiə tərəfdaşlarımızın həqiqətən də incə trolluğudur, ya da bu, sırf cahillikdir. Təsəvvür edək ki, Zelenski və Putin danışıqlar masası arxasında əyləşirlər - bu, hansısa böyük qələbədirmi? Qətiyyən yox".

Ekspert onu da vurğulayıb ki, Ukrayna və Rusiya liderləri eyni masa arxasında əyləşsələr belə, bu, heç nəyi dəyişməyəcək, çünki Putini aqressiyasını dayandırmağa inandırmaq mümkün olmayacaq.