Ziyarət zamanı Putin bölgədəki pravoslav din xadimlərindən biri ilə qısa söhbət də edib.
Mərasim başa çatdıqdan sonra Rusiya lideri Alyaskanı tərk edib.


Azpolitika.info
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə görüşündən dərhal sonra Alyaskada İkinci Dünya müharibəsində həlak olan sovet əsgərlərinin məzarlarını ziyarət edib.
Kremlin yaydığı məlumata görə, Putin Ankoric yaxınlığındakı Fort Riçardson Hərbi Qəbiristanlığına gedərək müharibə zamanı həyatını itirən sovet pilot və dənizçilərinin məzarlarına gül qoyub. Həmin əsgərlərin ABŞ-nin “Lend-Liz” (Əvəzsiz yardım və icarə) proqramı çərçivəsində müttəfiqlərə hərbi sursat daşıyarkən öldüyü qeyd olunub.
Ziyarət zamanı Putin bölgədəki pravoslav din xadimlərindən biri ilə qısa söhbət də edib.
Mərasim başa çatdıqdan sonra Rusiya lideri Alyaskanı tərk edib.


Azpolitika.info