Putin Zelenskini niyə Moskvaya dəvət edib? Kremlin açıqlaması
Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə lideri Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenskini Moskvaya dəvət etməsinin səbəbinin kapituliyasiya tələb etmək olmadığını bəyan edib.
Psekov jurnalistlərə deyib: "Moskvaya kapitulyasiya etməsi üçün yox, söhbət etmək üçün dəvət edilib. Bu, Prezident Putinin dəvəti idi. Moskva Zelenskinin bu dəvəti rədd etdiyini gördü".
Putin sentyabrın 3-də, Çinə səfəri zamanı Zelenskini danışıqlar üçün Rusiya paytaxtına dəvət edib.
Rusiya liderinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ondan belə bir görüşün keçirilməsini istəyib. Putin deyib: "Əgər Zelenski Moskvaya gəlməyə hazırdırsa, belə bir görüş baş tutacaq".
Zelenski cavabında deyib ki, Moskvaya dəvət əslinndə Rusiyanın belə bir görüşü istəməməsi deməkdir. Zelenski mümkün danışıqların müzakirəsinin pis fikir olmadığını da əlavə edib.
Hürr Tərcüman
