Saat:18:53
Haqqımızda

“PUTİN TRAMPI ALDADIB...” - Ağ Ev etiraf etdi

2025-09-02 13:07:36

“PUTİN TRAMPI ALDADIB...” - Ağ Ev etiraf etdi

“O, bombalama kampaniyasını iyrənc şəkildə gücləndirdi”

Rusiya ilə əldə olunan razılaşmalara və Rusiya başçısının verdiyi sözlərə etibar etməyin yersiz olduğunu deyəsən, ABŞ-nin indiki administrasiyasında daha yaxşı anlamağa başlayırlar. Bunu ABŞ-nin Maliyyə naziri Skott Bessentin son açıqalmalarından da görmək olar.

Bessent “Fox News”-a müsahibəsində Vladimir Putini vədinə əməl etməməkdə günahlandırıb. Nazirin dediyinə görə, Putin Alyaskadakı görüşdən sonra Ukraynanı atəşə tutmağı gücləndirməklə ABŞ Prezidenti Donald Trampı aldadıb.

Onun sözlərinə görə, Putinin hərəkətləri Trampla Alyaskadakı “tarixi görüşdə” dediyi niyyətlərə uyğun gəlmir: "Putin, Ankoricdəki görüşdə, eləcə də Avropa liderləri və Zelenski Ağ Evdə olarkən aparılan telefon danışığında açıq ifadə etdiyinin sonradan tam əksini etdi. Faktiki olaraq, o, (Ukraynanı)bombalama kampaniyasını iyrənc bir şəkildə gücləndirdi".