Putin ilə Trampın növbəti görüşünə hazırlıq gedir
Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Rusiya və Amerika liderləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən görüşə hazırlıq barəsində danışıb. Oktyabrın 16-da axşam saatlarında Moskvanın təşəbbüsü ilə Rusiya və ABŞ prezidentləri arasında təxminən iki saat yarım davam edən telefon danışığı olub. Liderlər Macarıstanda keçirilə biləcək yeni görüşün mümkünlüyünü müzakirə ediblər.
Zaxarova TASS informasiya agentliyinə açıqlamasında deyib: "Prezidentlər arasında danışıq olub. Bu barədə Prezident Administrasiyası da məlumat verib. Ardından Rusiya ilə Macarıstanın xarici işlər nazirləri əlaqə saxlayaraq, müvafiq tədbirə hazırlıq məsələsini müzakirə ediblər".
Xatırladaq ki, Putin ilə Tramp 2025-ci ildə birinci dəfə Alyaskada görüşüblər. Budapeştdə onların il ərzində ikinci görüşü baş tutacaq.
Hürr Tərcüman
