Putin ilə Tramp İstanbulda görüşə bilərlərmi? Ərdoğan açıqlama verdi
2025-07-25 17:30:03
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Tramp ilə oların İstanbulda görüşməsi təklifi ilə danışıqlar aparmağı planlaşdırır. Ərdoğan həm Putin, həm də Trampla telefonla danışmaq niyyətindədir. Ərdoğan həmin söhbətlər zamanı onların Ukrayna mövzusu ilə əlaqədar İstanbulda görüş keçirmək imkanlarını müzakirə edəcəyini söyləyib.
Türkiyə Prezidentinin sözlərinə görə, danışıqlar artıq bu həftə keçirilə bilər.
Ərdoğan deyib: "Bunun üçün çalışacağıq".
Hürr Tərcüman
