Putin Əliyevlə buna görə görüşmək istəmədi - Politoloq
2025-09-01 23:29:10
Rusiya Prezidenti Vladimir Putin Çindəki sammitdə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşmək istəməyibsə, bundan çıxan nəticə odur ki, o, Azərbaycanla münasibətlərin normallaşmasına hazır deyil.
Bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O vurğulayıb ki, İlham Əliyevin Vladimir Putindən gözləntisi raketlə vurulan təyyarəyə görə gərəkli addımların atılmasıdır:
"Putin mövzuyla bağlı açıqlama vermək istəmədiyinə görə İlham Əliyevlə görüşməyib. Bu isə o deməkdir ki, iki ölkə arasında gərgin münasibətlər hələ bir müddət də davam edəcək". \\Metbuat.Az
