Saat:22:12
Haqqımızda

Putin Budapeştə səfəri zamanı həbs ediləcəkmi? - Macarıstandan açıqlama

2025-10-17 15:04:57

Putin Budapeştə səfəri zamanı həbs ediləcəkmi? - Macarıstandan açıqlama

Hurriyyet.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya Prezidenti Vladimir Putinin Budapeştə səfəri zamanı  həbs təhlükəsi qarşısında olmayacağını bildirib.
Siyyarto deyib: "Biz Vladimir Putini qəbul edəcəyik, danışıqların uğurla keçməsini və rahat bir şəkildə vətəninə qayıtmasını təmin edəcəyik”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Putinlə Macarıstanda görüşünün planlaşdırıldığını bəyan etsə də, dəqiq tarix açıqlanmayıb.
Bəlli olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi RF Prezidenti Vladimir Putinin həbs edilməsini qərara alıb.
Macarıstan Roma Əsasnaməsini rəsmi olaraq ratifikasiya etsə də, ölkə hakimiyyəti ukraynalı uşaqların deportasiyası ilə bağlı Putinə qarşı BCM-nin həbs orderini icra etməyəcəyini hələ 2023-cü ildə bəyan edib.
Hürr Tərcüman