Putin: "60 gün sonra istədiklərimi ələ keçirəcəyəm!"
2025-07-14 11:26:51
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı qarşıdakı iki ay ərzində Ukraynada, regionların inzibati sərhədlərinə qədər yeni ərazilər ələ keçirmək niyyətində olduğunu bəyan edib. Bu barədə "Axios" nəşri mənbələrə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, Tramp söhbətin detalları barəsində Fransa Prezidenti Emmanuel Makronla danışaraq deyib: "O, hər şeyi ələ keçirmək istəyir".
Məhz bu telefon söhbətindən sonra Amerika Prezidenti Putini fəal şəkildə tənqid etməyə başlayıb, Ukraynaya yeni silahlar göndərməyi qərara alıb.
Hürr Tərcüman
