Pula görə Rusiya ordusuna qoşulan Goranboy sakini imdad diləyir - VİDEO
2025-07-11 14:56:35
Rusiya ordusuna qoşulan Azərbaycan vətəndaşı – Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyev yardım istəyir.
Hurriyyet.az xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdə videomüraciəti yayılıb.
Goranboy sakini qeyd edir ki, maddi sıxıntılar səbəbilə bu addımı atıb və indi peşmandır.
Onun sözlərinə görə, hal-hazırda Rusiyanın Komeqa şəhərində yerləşən hərbi poliqonlardan birində saxlanılır.
O, Azərbaycan ictimaiyyətindən və dövlətindən ona yardım göstərilməsini, ordudan çıxmaq və ölkəyə qayıtmaq üçün imkan yaradılmasını istəyir.
Həmin müraciəti təqdim edirik:
