Saat:20:23
Haqqımızda

Prezidentdən köklü dəyişikliklər GÜNÜ: Onlar işsiz qaldı

2025-11-12 16:22:03

Prezidentdən köklü dəyişikliklər GÜNÜ: Onlar işsiz qaldı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra rayonların icra başçılarının işdən azad edilməsi və yerinə yeni şəxslərin təyinatı ilə bağlı sərəncamlar imzalayıb.

Hurriyyet.az bütün təyinatların icmalı olaraq bildirir ki, Kürdəmir, Göyçay, Göygöl, Naftalan və Gədəbəy rayonlarının icra başçıları vəzifələrindən azad olunub.

Dövlət başçısının sərəncamlarına görə, Kürdəmir, Göyçay, Göygöl, Qax, Balakən və Nəsimi Rayon İcra Hakimiyyətlərinə yeni başçılar təyin edilib.

Müvafiq sərəncamlara əsasən;

Kürdəmir Rayon İcra Hakimiyyətinın başçısı vəzifəsində Elşən Həsənli Elxan İbrahimovu;

Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində Orxan Mürsəlov Natiq Ağayevi;

Göygöl Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində Vüqar Novruzov Elvin Paşayevi əvəz edib.

Vəzifəsindən azad edilən icra başçılarından Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinə, Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinə, Natiq Ağayev isə Balakən Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

İcra başçıları vəzifədən azad edilən Gədəbəy (Orxan Mürsəlov) və Naftalan (Vüqar Novruzov) rayonlarına isə yeni icra başçısı təyin olunmayıb.

Eyni zamanda sərəncamla Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Onun yerinə Ceyhun Ramiz oğlu Cəlilov təyin olunub.

Beləliklə, bütün sərəncamların yekunu olaraq Fuad Nəcəfli və Vüqar Novruzov (Naftalanın vəzifəsindən azad olunan icra başçısı) işsiz qalıblar.