Saat:23:49
Haqqımızda

Prezident İlham Əliyev Əbu-Dabidə səfərdədir

2025-12-17 11:35:33

Prezident İlham Əliyev Əbu-Dabidə səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir.

Hurriyyet.az xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Sonra Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.