Prezident bir sıra idmançıları və idman mütəxəssislərini təltif etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı Hurriyyet.az President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilirlər:
Abdullayev Yaqub Bəkir oğlu
Ağarəhimov Cahangir Ağababa oğlu
Aslanova Elmira Aydın qızı
Bayramov Cahangir Tofiq oğlu
Əliyev Coşqun Ceyhun oğlu
Hüseynov Fikrət Akif oğlu
Məhərrəmov Azər Asif oğlu
Məmmədov Eduard Tofiq oğlu
Musayeva Vəfa Təbriz qızı
Rəcəbov Nurəddin Rəcəb oğlu.
Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilir:
Gözəlbəyli Zöhrab Katib oğlu
İmaməliyev Ələkbər Əbdülbağı oğlu
Qədimova İlahə Akif qızı
Mirəliyev Mövlud Mustafa oğlu.
Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Əliyev Qərib Tələt oğlu
Həsənov Tərlan Əliheydər oğlu
Xudiyev Asim Xəlil oğlu.
