Saat:16:29
Haqqımızda

Polşa-Rusiya münasibətlərində son nöqtə

2025-11-19 16:01:11

Polşa-Rusiya münasibətlərində son nöqtə

Hurriyyet.az xəbər verir ki, Polşa Rusiyanın ölkədə fəaliyyətdə olan axırıcı Baş konsulluğunu da bağlamağı qərara alıb.
Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Qdansk şəhərindəki Baş konsulluğunun işini dayandırır. "Rzeczpospolita" nəşrinin məlumatına görə, Polşanın  xarici işlər naziri Radoslav Sikorski mətbuat konfransında bu barədə məlumat verib. O, yaxın saatlarda Moskvaya bu barədə nota təqdim ediləcəyini bəyan edib.
Sikorski bu qərarın "Rusiyanın diversiya addımlarına" cavab olaraq verildiyini qeyd edib. Rəsmi Moskva bu ittihamları rədd edir.
Hürr Tərcüman