Saat:21:44
Haqqımızda

Pezeşkianla Putinin görüşü olub

2025-12-12 16:08:20

Pezeşkianla Putinin görüşü olub

Hurriyyet.az xəbər verir ki, Putin və Pezeşkyan Türkmənistanda görüşüblər.
Rusiya ilə İran prezidentləri Vladimir Putin ilə Məsud Pezeşkyan ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.
Görüş Türkmənistanın daimi neytrallıq elan etməsinin 30-cu ildönümü münasibətilə Aşqabadda keçirilən Sülh və Etimad Forumu çərçivəsində baş tutub.
Putin iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini söyləyib, Moskva ilə Tehranın nüvə elektrik stansiyasının tikintisi və Şimal-Cənub nəqliyyat marşrutu kimi layihələrdə əməkdaşlıq etdiyini qeyd edib.
Tərəflər qaz və elektrik enerjisi təchizatı sahəsində potensial əməkdaşlığı da müzakirə ediblər.
Hürr Tərcüman