Saat:17:37
Haqqımızda

Pezeşkianın bu açıqlaması müzakirələrə səbəb oldu - Video

2025-11-22 15:48:31

Pezeşkianın bu açıqlaması müzakirələrə səbəb oldu - Video

Bir neçə gün öncə İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışıb.

Hurriyyet.az-ın “Azad İran”a istinadən xəbərinə görə, o bildirib ki, həmin dövrdə bir çox qız tələbələr hicab taxmırdı, buna baxmayaraq, yüksək şəxsiyyət və nümunəvi davranış sərgiləyirdilər.

“İnqilabdan əvvəl - universitetdə oxuduğumuz vaxt bir çox qız tələbə hicablı deyildi, amma çox şəxsiyyətli idi. Heç bir qız özünü başqa cür göstərə bilməzdi. O vaxt kimsə onlara söz deyə və ya hörmətsizlik edə bilməzdi”, - o vurğulayıb. 

Prezidentin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb.