Pezeşkian türkdilli respublikaya səfər edəcək
2025-12-08 10:45:01
Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bu həftə - 10-11 dekabr tarixlərində Qazaxıstana rəsmi səfər edəcək.
Səfər zamanı Pezeşkianın Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü keçiriləcək.
Bu barədə Kazaxıstan Respublikasının Prezident Administrasiyasının mətbuat xidməti məlumat verib.
Səfər çərçivəsində İran ilə Qazaxıstan arasında ticarət, iqtisadiyyat, nəqliyyat, logistika, mədəniyyət sahələrində əməkdaşlığın möhkəmləndirilməsinin müzakirə edilməsi planlaşdırılır.
Hürr Tərcüman
