Saat:16:02
Haqqımızda

Pezeşkian müttəfiqlərindən gileyləndi

2025-11-21 13:31:25

Pezeşkian müttəfiqlərindən gileyləndi

Hurriyyet.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian iyun ayında İsraillə 12 günlük müharibə zamanı Tehranın müttəfiq hesab etdiyi ölkələrdən gözlənilən yardımı almadığını bildirib.
Pezeşkian ötən yay baş verən hadisələri şərh edərkən deyib: "Dostluq münasibətlərimiz olan bəzi ölkələr münaqişə zamanı dəstək verməli idilər, lakin bu baş vermədi".
İran Prezidentinin sözlərinə görə, qısa, lakin gərgin hərbi qarşıdurma zamanı xarici yardımın olmaması İran üçün ciddi bir sınaq olub.
Hürr Tərcüman