Saat:22:34
Haqqımızda

Peyk görüntüləri sirri aşkara çıxardı: İmamoğlu meşəlik ərazini "bazara" çevirib

2025-11-14 20:55:05

Peyk görüntüləri sirri aşkara çıxardı: İmamoğlu meşəlik ərazini

İstanbulun (Türkiyə) sabiq meri və hazırda həbsdə olan Ekrem İmamoğlu haqqında hazırlanan iddianamədə Cebeci bölgəsindəki mədən sahələrinin icazəsiz şəkildə hasilat yerlərinə çevirdiyi, peyk şəkillərinə əsasən meşəlik ərazilərin ciddi zərər gördüyü bildirilib.

Oxu.Az bu barədə "Türkiye "Gazetesi"nə istinadən xəbər verir.

Məlumata görə, İmamoğlu və onun əlaltıları təzyiq və təhdid yolu ilə mədən sahələrini ələ keçirib, qanunsuz hasilat gəlirlərini isə özlərinə yaxın xüsusi şirkətlərə köçürüblər.

Bildirilir ki, gizli əməliyyatları üstü ərazinin peyk görüntülərinin müqayisəli təhlili nəticəsində açılıb. Belə ki, ərazinin 2022-2025 tarixləri arasındakı şəkilləri müqayisə olunub və icazəsiz qazıntıların vurduğu zərər ortaya çıxıb.