Paytaxtda 10000 manatlıq oğurluq edənlər saxlanılıb
2025-11-04 13:56:55
Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Hurriyyet.az
