Saat:15:25
Haqqımızda

Paşinyanla Roma papası Azərbaycanla Ermənistan arasında sülhü müzakirə ediblər

2025-10-20 16:34:09

Paşinyanla Roma papası Azərbaycanla Ermənistan arasında sülhü müzakirə ediblər

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə  Roma Papası Azərbaycan və Ermənistan arasında sülhü müzakirə ediblər.
Ermənistanın baş naziri Nikol Paşinyan Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Papa XIV Leo  ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh məsələsi də müzakirə olunub. Roma papası bu istiqamətdəki irəliləyişi alqışlayıb, sülhün regionda əməkdaşlıq və sabitliyin yeni dövrünə qapı olacağına ümidvar olduğunu bildirib.
Paşinyan Ermənistan hökumətinin ölkənin rifahı, bölgənin firavanlığı və davamlı inkişafı naminə  sülh gündəliyinə sadiq olduğunu bildirib.
Hürr Tərcüman


Load Time (S) : 0.696868