Paşinyan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi: "Əlimizdən gələni edəcəyik ki..."
2025-11-12 17:32:45
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp Marşrutu" (Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi) layihəsinin bütün texniki detallarının bu ilin sonuna qədər yekunlaşdırılmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, tərəflər arasında müqavilənin 2026-cı ilin birinci yarısında bağlanması, tikinti işlərinin isə həmin ilin ikinci yarısında başlaması planlaşdırılır.
Paşinyan dəmir yolunun Sovet dövründən qalma marşrutla keçəcəyini, ondan bir qədər şimaldan qaz kəmərinin, daha da şimaldan isə elektrik xətlərinin keçəcəyini bildirib. Baş nazir hökumətin "qrafikə ciddi şəkildə əməl olunmasını təmin etmək üçün əlindən gələni edəcəyini" vurğulayıb.
Hürr Tərcüman
