Paşinyan-Putin görüşü ilə bağlı açıqlama
2025-09-11 14:15:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı RF Prezidenti Vladimir Putinlə görüşə bilər. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə jurnalistlərə açıqlama verib. Paşinyan özü bu yaxınlardakı çıxışlarının birində sentyabr ayının axırlarında Rusiiyaya səfər etməyə hazırlaşdığını bəyan edib.
Simonyan deyib: "Məncə, belə bir görüş planlaşdırılmasaydı, dövlət başçısı Moskvaya səfər etməzdi... Dövlət başçısının rəsmi və ya işgüzar səfəri belə bir görüş olmadan baş tuta bilməz".
Hürr Tərcüman
