Paşinyan: "İrəvanla Ankara arasında təmaslar artır"
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanla Ankara arasında təmasların fəallaşdığını bəyan edib.
Nikol Paşinyan Ermənistan və Türkiyə arasında bütün səviyyələrdə əlaqələrin intensivləşdiyini, bunun münasibətlərin normallaşdırılması prosesinə müsbət təsir göstərəcəyini bəyan edib, diplomatik münasibətlərin qurulması üçün Ankaranın sürətli addımlar atacağına ümid etdiyini bildirib.
Erməni siyasətçisinin sözlərinə görə, Almaniya Xarici Əlaqələr Şurasındakı əvvəlki görüşdən bəri mühüm irəliləyiş olub. Paşinyan normallaşma prosesinin hökumətin bütün səviyyələrində – ən yüksək səviyyələrdən tutmuş sektor nazirlikləri səviyyəsinə qədər irəlilədiyini söyləyib.
Ermənistan hökumətinin başçısı deyib: "De-yure diplomatik münasibətlərin olmadığı halda belə, praktikada rəsmi Ankara ilə çox aktiv danışıqlar aparır və əlaqə saxlayırıq".
Paşinyan Türkiyənin Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosesinə başlayacağına emidvar olduğunu bildirib.
Xəbər verdiyimiz kimi, Ermənistan 9-10 dekabr tarixlərində Almaniyada səfərdə olub.
Hürr Tərcüman
