Paşinyan İlham Əliyevlə danışıqların nəticələrindən məmnun olduğunu bildirib
2025-10-16 13:37:05
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslardan və danışıqlarının nəticələrindən məmnun olduğunu bildirib.
Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə deyib: "Mən Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Sülhə gedən yolun institutlaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, sülh faktdır".
Bəlli olduğu kimi, oktyabrın 2-də Prezident İlham Əliyev ilə Baş nazir Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində görüşüblər.
Hürr Tərcüman
