Paşinyan da Orta Asiyaya səfər edib
2025-11-20 16:55:55
Hurriyyet.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan 20-21 noyabr tarixlərində Qazaxıstanda rəsmi səfərdə olacaq.
Səfər zamanı Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə əvvəlcə təkbətək, daha sonra isə genişləndirilmiş nümayəndə heyəti formatında danışıqlar aparacaq. Ermənistan Baş nazirinin Qazaxıstanın Baş naziri Ojas Bektenov və Məclisin sədri Yerlan Koşanovla görüşləri də planlaşdırılıb.
Hürr Tərcüman
