Saat:01:44
Haqqımızda

Paşinyan BƏƏ-dədir - Azərbaycan Prezidenti ilə görüşə hazırlaşır

2025-07-09 18:58:37

Paşinyan BƏƏ-dədir - Azərbaycan Prezidenti ilə görüşə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Məlumatda deyilir: "Bu gün Əbu-Dabidə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahayanın görüşü planlaşdırılıb. İyulun 10-da, Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində, Əbu-Dabidə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş olacaq". 
Hürr Tərcüman