Paşinyan Almaniyadadır
2025-12-09 12:47:12
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfər edib.
Ermənistanın Baş naziri 9-10 dekabr tarixlərindən etibarən Almaniyaya rəsmi səfər edəcək. Bu barədə hökumətin mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat verib.
Dekabrın 9-da Paşinyan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Fridrix Merts ilə görüşəcək.
Dekabrın 10-da Nikol Paşinyan Hamburqa yola düşəcək. Orada şəhərin meri Peter Hentser ilə və Hamburqun Ticarət Palatasının sahibkarları ilə görüşəcək.
Hürr Tərcüman
